Neymar və Mbappe Tuhelin istefaya göndərilməsini istəyir

Neymar və Mbappe Tuhelin istefaya göndərilməsini istəyir
DÜNYA FUTBOLU 7 Noyabr 2020 / 10:59 1541
-  A +

PSJ-nin futbolçuları Neymar və Kilian Mbappe komandanın baş məşqçisi Tomas Tuhelin istefaya göndərilməsini istəyir.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, futbolçular alman mütəxəssisə inamlarının itiriblər. Onlar Tuhelin iş metodlarından narazıdırlar və layihəsinə inanmırlar.

Qeyd olunur ki, Neymar və Mbappe Paris klubunun rəhbərliyindən Tuhelin ən qısa müddətdə qovulmasını xahiş ediblər. Onlar 2013-cü ildən 2016-cı ilə qədər Paris təmsilçisini çalışdırmış Loran Blanı komandanın başında görmək istəyirər .

Qeyd edək ki, Blan hazırda işsizdir.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə