"Yuventus" 18 yaşlı futbolçu transfer edir

"Yuventus" 18 yaşlı futbolçu transfer edir
DÜNYA FUTBOLU 7 Noyabr 2020 / 09:52 1227
-  A +

"Yuventus" heyətinə yeni futbolçu qatmağa yaxındır.

Qol.az "Calciomercato"ya istinadən xəbər verir ki, Turin təmsilçisi "Cenoa"nın yarımmüdafiəçisi Nikolo Rovella ilə tezliklə müqavilə imzalayacaq. Bildirilib ki, "Yuventus" 18 yaşlı oyunçunun transferi ilə bağlı mübarizədə "İnter"ə qalib gəlib.

Qeyd edək ki, Rovella bu mövsüm A seriyasında 4 matçda meydana çıxıb.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə