"Milan"ın 24 oyunluq seriyası qırıldı

"Milan"ın 24 oyunluq seriyası qırıldı
DÜNYA FUTBOLU 6 Noyabr 2020 / 10:50 1774
-  A +

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə “Lill”ə uduzan (0:3) "Milan"ın uğurlu seriyası qırılıb.

Qol.az xəbər verir ki, bu mövsüm bütün turnirlərdə ilk məğlubiyyətini alan “rossonyerlər”in seriyası 24 oyunda dayanıb.

Axırıncı dəfə martın 8-də meydanı xalsız tərk edən "qırmızı-qaralar" son 24 ilin ən uzun seriyasına imza atıb.

Qeyd edək ki, “Milan” Avropa Liqasının H qrupunda 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb

 


Son xəbərlər