Türk futbolçu Avroliqanın tarixinə düşdü

Türk futbolçu Avroliqanın tarixinə düşdü
DÜNYA FUTBOLU 6 Noyabr 2020 / 10:30 3582
-  A +

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Milan”la səfər oyununda (3:0)  het-trik edən “Lill”in futbolçusu Yusuf Yazıçı turnirin  tarixinə düşüb.

Qol.az xəbər verir ki, “San-Siro”da rəqib qapısından 3 top keçirən türkiyəli yarımmüdafiəçi Avropa Liqasında bir mövsümdə iki səfər oyununda het-trik edən ilk futbolçu olub.

Türkiyə millisinin üzvü qrup mərhələsinin 1-ci turunda “Sparta” (Çexiya) ilə görüşdə də (4:1) het-trik etmişdi.

Qeyd edək ki, 2019-cu ildən “Lill”də çıxış edən hücumameyilli yarımmüdafiəçi bu mövsüm ümumuilikdə 11 oyuna 7 qol vurub.

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə