"Dəyişikliyə ehtiyac var" - Pike

"Dəyişikliyə ehtiyac var" -  Pike
DÜNYA FUTBOLU 5 Noyabr 2020 / 21:20 1984
-  A +

“Barselona”nın futbolçusu Jerar Pike komandanın uğursuz çıxışını şərh edib.
 
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi La Liqada yaxşı nəticələr qazanmaq üçün dəyişikliklər edilməli olduğunu deyib:
 
“Müxtəlif şəraitlərə görə hazırda bizim üçün də çətindir. Bu, yalnız klubda baş verənlər ilə yox, həm də azarkeşlərin yoxluğu ilə əlaqədardır. Çempionlar Liqasında işlərimiz yaxşı gedir. Amma La Liqada da belə olması üçün dəyişikliklərə ehtiyac var və bunları edəcəyik.
 
Çoxlu gənc futbolçumuz var və oyunumuza dinamika qatırlar. Vaxtımız azdır. Ancaq özümüzə inamımızı bərpa etməyə və inkişaf etməyə ehtiyacımız var”.
 
Qeyd edək ki, 9 xalla Çempionlar Liqasının G qrupuna liderlik edən “Barselona” La Liqanın turnir cədvəlində 8 xalla 12-cidir.

Son xəbərlər