"Real" Ramosla danışıqlara başladı

"Real" Ramosla danışıqlara başladı
DÜNYA FUTBOLU 5 Noyabr 2020 / 15:47 1351
-  A +

"Real" futbolçusu Serxio Ramosla yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.

Qol.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb. Bildirilib ki, 34 yaşlı müdafiəçi ilə müqavilənin müddətinin uzadılması Madrid təmsilçisi üçün prioritetdir. Danışıqların müsbət getdiyi, Ramosun 2024-cü ilin yayına qədər "Real"da qalmaq istədiyi vurğulanıb.

Xatırladaq ki, Ramos son olaraq Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun "İnter"lə matçda (3:2)  fərqlənib. Bu onun Madrid klubundakı 100-cü qolu olub.


Son xəbərlər