"Futbolçular daha az eqoist ola bilərlər" - Andrea Pirlo

"Futbolçular daha az eqoist ola bilərlər" - Andrea Pirlo
DÜNYA FUTBOLU 5 Noyabr 2020 / 14:09 1542
-  A +

"Yuventus"un baş məşqçisi Andrea Pirlo Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Ferentsvaroş"a 4:1 hesabı ilə qalib gəldikləri matçı şərh edib.

Qol.az xəbər verir ki, o, qələbəyə baxmayaraq, komandasının oyunundan məmnun qalmadığını deyib:

"Nəticədən məmnunuq, amma performans baxımından daha yaxşısını edə bilərdik. Çox səhv etdik, buna görə yaxşılaşdırmalı olduğumuz yerlər var. Oyunçularımla çox danışıram, amma  qərarları meydanda verirlər. Daha az eqoist ola bilərlər. Oyunun taleyini daha əvvəldən həll etmələri mümkün idi".


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə