Balotelli 4-cü liqa klubu ilə məşq edir

Balotelli 4-cü liqa klubu ilə məşq edir
DÜNYA FUTBOLU 5 Noyabr 2020 / 11:34 2095
-  A +

İtaliya millisinin sabiq üzvü Mario Balotelli məşqlərə qayıdıb.

Qol.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu İtaliyanın dördüncü liqasında çıxış edən "Françarkorte" ilə məşqlərə başlayıb. Bildirilib ki, italiyalı oyunçu yaşadığı yerin yaxınlığında yerləşən klubun dəvətini qəbul edib. Onun komandanın heyətində bir neçə oyun keçirəcəyi istisna edilməyib.

Qeyd edək ki, Balotelli 6 aydan çoxdur ki, klubsuzdur. O, ötən mövsüm"Breşia"da oynayıb və İtaliya çempionatında  19 matçda 5 qol vurub.


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə