Karyerasını bərpa edən Robben yenə zədələndi

Karyerasını bərpa edən Robben yenə zədələndi
DÜNYA FUTBOLU 4 Noyabr 2020 / 13:52 1955
-  A +

Niderlandın “Qroningen” klubunun futbolçusu Aryen Robben qarşıdakı oyunlarda da komandasına kömək edə bilməyəcək.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 36 yaşlı futbolçu ən azı dekabrın əvvəllərinə qədər yaşıl meydanlardan kənarda qalacaq. Niderland çempionatının ilk turunda PSV ilə görüşdə xəsarət alan Robbenin fərdi plan üzrə məşq keçəcəyi bildirilir.

Qeyd edək ki, ötən il karyerasını bitirən Aryen Robben bir ildən sonra yenidən futbola qayıdaraq “Qroningen”lə anlaşıb. O, zədəsini yenicə sağaltmışdı.

 

 


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə