"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun Türkiyə "Sivaspor"u ilə oyunu öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandırıb.
- Bu gün növbəti səfərə yollanırsınız. Komandada ab-hava, ümumi vəziyyət necədir, Sivasa hansı ümidlərlə gedirsiniz?
- Gördüyünüz kimi, çox tez-tez səfərə çıxırıq. Sıx qrafiklə oynayırıq. "Vilyarreal"la matçdan sonra komandada üzüntü var idi. Amma buna baxmayaraq, çempionatda vacib 3 xal qazandıq. Həm bizim, həm də "Sivasspor"un qrupda xalı yoxdur. Hər iki komanda bu oyuna ciddi hazırlaşır. Rəqib öz evində oynayacaq. Rəqib baş məşqçi Rıza Çalımbayın fikirlərindən də bilmək olur ki, komanda bütün diqqətini bu matça ayırıb. Hər iki tərəf üçün vacib qarşılaşmadır. Bu mənada, bizi ilk dəqiqələrdən çox sürətli oyun gözləyə bilər. Buna hazır olmalıyıq.
- Komandada zədəli futbolçular varmı?
- Hər şey yaxşılığa doğru gedir. Amma tam olaraq formalarını bərpa etmələrinə vaxt lazım olacaq. Son məşqdə bütün futbolçular komanda ilə birlikdə məşq etdi.
- "Sivasspor"un hücum xətti çox güclüdür. Atletik və fiziki baxımdan güclü futbolçulardan təşkil olunub. Amma müdafiəsində boşluqlar var. Sizcə, oyun üslubu baxımından rəqib "Qarabağ" üçün münasib, yoxsa narahat komandadır?
- Rəqibin potensialına bələdik. Həqiqətən çox yaxşı hücum xətti var. Olarenvacu Kayode və Maks Qradeli qeyd edərdim. Yarımmüdafiə xəttində də ağıllı, topla çox yaxşı davranan futbolçuları var. Bizim üçün problem yarada bilərlər. Dediyim kimi, "Sivasspor"un hücum xətti çox sürətlidir.
- "Qarabağ" bu oyunda ilk qələbəsini qazana bilərmi?
- Fikrimiz minimum xal əldə etməkdir. Bu, bizim üçün çox vacibdir. Bu cür komandalara qarşı oynamışıq. İlk dəqiqələrdən çətinliklə üzləşə bilərik. Amma ağıllı, düzgün oynasaq, biz də onlara problem yaradarıq.
- Həftəsonu Azərbaycan Premyer Liqasında "Neftçi" ilə oyun var. Bu barədə nə düşünürsünüz?
- Hələ həmin oyunu fikirləşmirik. Bütün diqqətimiz "Sivasspor"la matçdadır.(Report)
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı