Yakini gedir, Sarri gəlir

Yakini gedir, Sarri gəlir
DÜNYA FUTBOLU 3 Noyabr 2020 / 21:40 3415
-  A +

“Fiorentina” baş məşqçisi Cüzeppe Yakini ilə yollarını ayırmağa hazırlaşır.

Qol.az “Calciomercado”ya istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın nəticələrindən narazdır.
 
Bu səbəbdən A Seriyasının növbəti turunda “Parma” ilə matçın nəticəsindən asılı olmayaraq, Yakininin göndəriləcəyi bildirilib. Onun yerinə ən real namizəd isə “Yuventus”un sabiq çalışdırıcısı Mauritsio Sarri göstərilir.

Qeyd edək ki, “Fiorentina” 6 oyuna 7 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.


Son xəbərlər