“Fənərbaxça” 9 il sonra

“Fənərbaxça” 9 il sonra
DÜNYA FUTBOLU 3 Noyabr 2020 / 20:50 4430
-  A +

Türkiyə Superliqasının 7-ci turunda "Antalyaspor” üzərində qələbə (2:1) "Fənərbaxça" üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, İstanbul klubu 2011/12 mövsümündən bəri ilk dəfə Superliqada ilk yeddi oyundan məğlubiyyətsiz ayrılıb.

Qeyd edək ki, “Fənərbaxça” bu mövsüm keçirdiyi 7 oyundan 5-də qalib gəlib, 2 görüşdə heç-heçə edib. Hazırda 17 xalla lider olan komanda 2011/12 mövsümündə də bu qədər xal toplamışdı. Həmin mövsümdə “Fənərbaxça”nın ilk məğlubiyyəti 10-cu tura təsadüf etmişdi.

 


Son xəbərlər