"Atletiko"da yeni transfer

"Atletiko"da yeni transfer
DÜNYA FUTBOLU 3 Noyabr 2020 / 16:10 2757
-  A +

"Atletiko" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi "Valensiya"nın yarımmüdafiəçisi Joffrey Kondoqbianın transferini bitirib. 27 yaşlı oyunçu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. Transferin məbləği barədə məlumat verilməyib.

Qeyd edək ki, Kondoqbia bu mövsüm La Liqada 5 matçda oynayıb.


Son xəbərlər