Alaba "Real"da?

Alaba "Real"da?
DÜNYA FUTBOLU 3 Noyabr 2020 / 15:25 8344
-  A +

"Bavariya"nın futbolçusu David Alaba karyerasını İspaniyada davam etdirə bilər.

Qol.az "AS"a istinadən xəbər verir ki, "Real" 28 yaşlı müdafiəçi ilə maraqlanır. Bildirilib ki, Madrid klubu yayda avstriyalı oyunçunu heyətinə qatmağı planlaşdırır.

Münhen təmsilçisi ilə razılığa gələ bilməyən Alabanın digər klubların təklifini nəzərdən keçirməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, Alabanın "Bavariya" ilə müqaviləsi 2021-ci ilin yayı başa çatır.


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə