PSJ-nin 5 futbolçusu "Leyptsiq"ə qarşı oynamayacaq

PSJ-nin 5 futbolçusu "Leyptsiq"ə qarşı oynamayacaq
DÜNYA FUTBOLU 3 Noyabr 2020 / 12:52 1740
-  A +

PSJ-nin 5 futbolçusu Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Leyptsiq"lə oyunu buraxacaq.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Fransa çempionatının 9-cu turunda "Nant"la matçda əvəzlənən Kilian Mbappenin sağ bud əzələsində  narahatlığı olduğu və Almaniyaya getmədiyi bildirilib. Onun son durumu 48 saat ərzində müəyyənləşəcək.

Neymarın isə zədədən bərpa olunmağa davam etdiyi və milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra meydana qayıdacağı vurğulanıb. Mbappe, Neymarla yanaşı,  Marko Verratti , Yulian Draksler və Mauro İkardi də zədə səbəbindən "Leyptsiq"lə oyunda iştirak etməyəcəklər.

Qeyd edək ki, "Leyptsiq" - PSJ qarşılaşması sabah keçiriləcək.


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə