Super Liqa klubunda baş məşqçi ayrılığı

Super Liqa klubunda baş məşqçi ayrılığı
DÜNYA FUTBOLU 3 Noyabr 2020 / 00:40 1610
-  A +

Türkiyənin “Kasımpaşa” klubu baş məşqçisi Mehmet Altıparmakla yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə Superliqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Son turda “Trabzonspor”a səfərdə 4:3 hesabıyla qalib gələn komandada bu ayrılıq gözlənilməz olub. Həm klub, həm də baş məşqçi bu qərarı verməklərinə aralarındakı fikir ayrılığının səbəb olduğunu bəyan edib.
 
Qeyd edək ki, Mehmet Altıparmak bu mövsümün əvvəlindən “Kasımpaşa”nı çalışdırırdı. Onun rəhbərliyi altında 7 oyuna çıxan komanda 11 xalla 6-cı pillədə qərarlaşıb.


Son xəbərlər