"Sulşer bu oyunçularla işini itirəcək" - Roy Kin

"Sulşer bu oyunçularla işini itirəcək" -  Roy Kin
DÜNYA FUTBOLU 2 Noyabr 2020 / 12:51 2402
-  A +

“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin komandanın Premyer Liqanın 7-ci turunda “Arsenal”a 0:1 hesabı ilə uduzduğu matçdan sonra klubu tənqid edib.
 
Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis “qırmızı şeytanlar”ın oyununda keyfiyyət, komandada lider olmadığını deyib.
 
“Sulşer bu oyunçularla çalışaraq, işini itirəcək. Həqiqətən “Mançester Yunayted”ə görə çox narahatam. Hansını saymağımı istəyirsiniz? Komandada enerji, həvəs, özünənəzarət və keyfiyyət çatışmazlığı var. Komandada lider görmürəm. Həqiqətən də keyfiyyət yoxdur. Bu klub üçün hələ uzun yol lazımdır”.
 
Qeyd edək ki, Kin 1993-2005-ci illərdə “Mançester Yunayted”də çıxış edib. O, son olaraq “Nottinqem”də çalışıb.

 


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə