"Qarabağ"la matçda zədələnən futbolçu 3 həftə oynamayacaq

"Qarabağ"la matçda zədələnən futbolçu 3 həftə oynamayacaq
DÜNYA FUTBOLU 31 Oktyabr 2020 / 10:30 1045
-  A +

“Vilyarreal”ın Avropa Liqasının qrup mərhələsinin ikinci turunda  “Qarabağ”la matçda zədələnən futbolçusu  Xuan Foytun durumuna aydınlıq gəlib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçinin əzələsində yırtıq aşkarlanıb. Argentinalı oyunçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub.

Buna görə də futbolçu Argentina milli komandasının Paraqvay və Peru ilə DÇ-2022-nin seçmə oyunlarını, La Liqada "Valyadolid" və "Xetafe",  Avropa Liqasında isə "Makkabi" (Təl-Əviv) ilə matçları buraxacaq.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçirilmiş matçda "Qarabağ" "Vilyarreal"a 1:3 hesabı ilə uduzub.


Son xəbərlər