Liderdən ilk məğlubiyyət, "Arsenal" uduzdu

Liderdən ilk məğlubiyyət, "Arsenal" uduzdu
DÜNYA FUTBOLU 26 Oktyabr 2020 / 01:18 3578
-  A +

İngiltərə Premyer Liqasında 6-cı tur davam edir.
 
Qol.az xəbər verir ki, növbəti oyun günündə daha 3 görüş keçirilib.
 
Lider “Everton” səfərdə “Sauthempton”la qarşılaşıb. 0:2 hesabı ilə uduzan Karlo Ançellotinin komandası mövsümdə ilk məğlubiyyət acısını yaşayıb.

"Vulverhempton" - "Nyukasl" matçında qalib müəyyənləşməyib - 1:1. "Lester" səfərdə "Arsenal"a qalib gəlib - 1:0.
 
Tura bu gün keçiriləcək “Brayton” – “Vest Bromviç” və "Bernli” – “Tottenhem” oyunları ilə yekun vurulacaq.

Qeyd edək ki, turnir cədvəlinə 13 xalla "Everton" başçılıq edir. İkinci pillədə olan "Liverpul"un da xalı eynidir. "Aston Villa" və "Lester" isə 12 xalla uyğun olaraq 3-cü, 4-cü yerləri bölüşdürürlər.  





25 oktyabr

İngiltərə Premyer Liqası, 6-cı tur

“Sauthempton” – “Everton” – 2:0
Qollar:
Uord-Prouse, 27, Adams, 35

“Vulverhempton” – “Nyukasl” – 1:1
Qollar:
Raul Ximenes, 80 – Mörfi, 89

“Arsenal” – “Lester” – 0:1
Qol:
Vardi, 80

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq