Türkiyə millisinə Qazaxıstanda hörmətsizlik edildi

Türkiyə millisinə Qazaxıstanda hörmətsizlik edildi
DÜNYA FUTBOLU 3 Sentyabr 2010 / 20:25 3234
-  A +

«Avro-2012»nin seçmə mərhələsində bu gün Qazaxıstanla qarşılaşacaq Türkiyə milli komandasının üzvləri ilginc olayla qarşılaşıblar. Qol.Az-ın «NTV Sport» telekanalına istinadən verdiyi məlumata görə, oyunun keçiriləcəyi stadionuna gələn və soyunub-geyinmə otağına keçmək istəyən türkiyəli futbolçular Astana stadionunun mühafizəsiylə məşğul olan şəxslər tərəfindən yoxlanılmağa başlayıb. Yalnız Türkiyə Futbol Federasiyasının nümayəndələri və baş məşqçi Quus Hiddinkin müdaxiləsindən sonra bu qəribə vəziyyət aradan qaldırılıb.
Türkiyəli jurnalistlərin hamısı isə bir-bir və ciddi şəkildə yoxlanılaraq stadiona buraxılıblar.
Baş vermiş bu olay türkiyəli həmkarlarımız tərəfindən narazılıqla qarşılanıb. «Futbolçunu nəyə görə yoxlamalıdırlar? O, milli komandasını təmsil edir və futbol oynamağa gəlib. Əslində mühafizə xidməti futbolçuların təhlükəsizliyini təmin etməlidir» - deyə jurnalistlər vurğulayıblar.

Son xəbərlər
22.12.24  10:16

Daha 5 il "Bayer"də

21.12.24  17:52

Tovuzda heç-heçə