Çempionlar Liqasının tarixinə düşdü

Çempionlar Liqasının tarixinə düşdü
DÜNYA FUTBOLU 21 Oktyabr 2020 / 12:28 3157
-  A +

“Barselona”nın futbolçusu Ansu Fati Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
 
Qol.az xəbər verir ki, 17 yaşlı oyunçu buna ötən gün “Ferensvaroş”la matçda (5:1) qol vurmaqla nail olub. Turnirdə ilk dəfə 2019-cu ilin 10 dekabrında “İnter”lə görüşdə fərqlənən ispaniyalı yarımmüdafiəçi Çempionlar Liqasında 18 yaşı tamam olmamış 2 qol vurmağı bacaran ilk futbolçu kimi rekorda imza atıb.
 
Qeyd edək ki, A.Fati ötən ildən Kataloniya klubunun əsas komandasında çıxış edir. O, bu mövsüm La Liqada 4 oyuna çıxaraq, 3 qol vurub.

Xatırladaq ki. Fati İspaniya millisinin heyətində Millətlər Liqasının Ukrayna ilə matçında fərqlənərək, yığmada qol vuran ən gənc futbolçu adına da yiyələnib.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner