"Tottenhem" amerikalı futbolçunu icarəyə verdi

"Tottenhem" amerikalı futbolçunu icarəyə verdi
DÜNYA FUTBOLU 20 Oktyabr 2020 / 19:55 1503
-  A +

“Tottenhem” futbolçusu Kameron Karter-Vikersi icarəyə göndərib.

Qol.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna qədər “Bornmut”da çıxış edəcək.

Qeyd edək ki, ABŞ millisinin üzvü “Tottenhem”in öz yetirməsidir. O, daha öncə “Şeffild Yunayted”, “İpsviç”, “Suonsi Siti”, “Stok Siti” və “Luton”da da icarədə olub.


Son xəbərlər