“Krasnodar”da ÇL oyunu öncəsi koronavirus şoku

“Krasnodar”da ÇL oyunu öncəsi koronavirus şoku
DÜNYA FUTBOLU 20 Oktyabr 2020 / 19:10 2007
-  A +

Rusiyanın “Krasnodar” klubunun iki futbolçusu və baş məşqçisi koronavirusa yoluxub.
 
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Əvvəlcə  yarımmüdafiəçi Remi Kabella və hücumçu Yevgeni Markovun koronavirus testləri müsbət nəticə verib. Təcrid edilən futbolçuların durumunun yaxşı olduğu bildirilib. 
 
Baş məşqçi Murad Musayevdə də virus aşkarlanıb. Futbolçulardan fərqli olaraq, 36 yaşlı rus mütəxəssisin durumu daha pisdir. O, müalicə alır.
 
Qeyd edək ki, "Krasnodar" bu gün Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Fransanın "Renn" klubunun qonağı olacaq. Musayev, Kabella və Markov isə Fransaya aparılan heyətdə yer almayıb.

Son xəbərlər