"Barselona"nın prezidenti karantinə alındı

"Barselona"nın prezidenti karantinə alındı
DÜNYA FUTBOLU 20 Oktyabr 2020 / 18:06 1188
-  A +

“Barselona”nın prezidenti Xosep Bartomeu karantinə alınıb.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, buna səbəb klub rəhbərinin koronavirus infeksiyasına yoluxan qohumu ilə təmasda olmasıdır.

Evində karantinə alınan 57 yaşlı funksionerin ilk testinin nəticəsi neqativ çıxıb. İkinci testin nəticəsi də pozitiv olmasa, Bartomeu karantindən çıxacaq. O, Çempionlar Liqasının qrup mərhələsində bu gün Macarıstanın “Ferensvaroş" klubu ilə keçiriləcək oyunu stadiondan izləyə bilməyəcək.

Qeyd edək ki, “Nou Kamp”da keçiriləcək oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Son xəbərlər