Premyer Liqada koronavirusa 8 yeni yoluxma

Premyer Liqada koronavirusa 8 yeni yoluxma
DÜNYA FUTBOLU 20 Oktyabr 2020 / 00:20 1440
-  A +

İngiltərə Premyer Liqasında mübarizə aparan klublar növbəti dəfə koronavirus testindən keçirilib.
 
Qol.az turnirin saytına istinadən xəbər verir ki, 12-18 oktyabr tarixləri aralığında aparılan testlər nəticəsində yeni yoluxma faktları aşkarlanıb.
 
Futbolçular və klub işçiləri də daxil olmaqla 1575 nəfər koronavirus testindən keçib. Nəticədə 8 nəfərin testinin pozitiv çıxdığı məlum olub. Həmin şəxslər 10 günlük karantinə alınıblar. Yoluxanların adları açıqlanmayıb.

Son xəbərlər