"Milan"dan son 25 ilin ən yaxşı startı

"Milan"dan son 25 ilin ən yaxşı startı
DÜNYA FUTBOLU 19 Oktyabr 2020 / 16:58 2865
-  A +

“Milan” 25 il sonra öz uğurunu yeniləyib.
 
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, komanda buna A Seriyasının 4-cü turunda “İnter”ə 2:1 hesabı ilə qalib gəlməklə nail olub. Beləliklə, “Milan” mövsümün ilk 4 turunda maksimum nəticə göstərib.
 
Komanda son dəfə 1995/96-cı illər mövsümündə çempionatın startından sonra ardıcıl 4 matçında qalib gəlib.
 
Qeyd edək ki, “Milan” bu 25 il ərzində 3 dəfə A Seriyasının çempionu olub. 1999-cu ldə Alberto Zakkeroninin baş məşqçiliyi altında Skudettonu qazanan komanda eyni uğuru 2004-cü ildə Karlo Ançelotti, 2011-ci ildə isə Massimiliano Alleqrinin dönəmində əldə edib

Son xəbərlər