Macarıstanın Avropa Liqasındakı təmsilçisi “Debretsen” adı sifariş ərizəsində olmayan futbolçunun xidmətindən istifadə etsə də, ona texniki məğlubiyyət verilməyib. Qol.Az-ın sports.ru saytına istinadən verdiyi məlumata görə, bu hadisə Avroliqanın 3-cü təsnifat mərhələsində “Liteks”lə qarşılaşmada baş verib. Texniki məğlubiyyət nəticəsində yarışlardan kənar qalan təmsilçimiz “Bakı”nın səhvini bir başqa, nisbətən yumşaq formada təkrarlayan macar klubunun cəzalı oyunçusu Peter Meytdir matçın 85-ci dəqiqəsində meydana daxil olub.
Lakin maraqlıdır ki, qitənin ali futbol qurumu “Debretsen”i texniki məğlubiyyətlə cəzalandırmayıb. Bu yalnışlıq macarlara cəmi 19 min avroya başa gəlib.
Beynəlxalq futbol qurumunun rəsmiləri bunu Macarıstan klubunun oyunçusunun sadəcə son dəqiqələrdə meydanda olması və nəticəyə ciddi təsir göstərməməsi ilə əlaqələndirib: “Peter Meyt matçın 85-ci dəqiqəsində meydana daxil olub. Meydanda olduğu müddət ərzində o, komandası üçün hər hansı bir müsbət hərəkəti ilə fərqlənməyib. “Debretsen” yarışlarda iştirakına davam edə biləcək”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu