İranın "İstiqlal" klubu Bakıya gələ bilər. Qol.Az-ın məlumatına görə, bu səfərdə məqsəd Unibank Premyer Liqasının klublarından biri ilə yoldaşlıq oyunu keçirməkdir. Konkret olaraq, "Bakı" futbol klubunun İran təmsilçisi ilə yoxlama oyunu keçirmək niyyətində olduğu iddia edilir. Bu barədə paytaxt təmsilçisinin vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. Lakin hələlik "İstiqlal"ın Bakıya gəlib-gəlməyəcəyi tam dəqiqləşməyib. Əgər tərəflər arasında razılıq əldə olunsa, qarşılaşma oktyabrda baş tutacaq.
Qeyd edək ki, “Bakı” digər qonşu ölkə təmsilçisi "Anji"nin Bakıya səfəri haqda artıq razılıq əldə edib. Mahaçqala təmsilçisi sentyabrın 5-də ölkəmizə gələcək. Həmin gün Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək Rusiya klubu səhəri günü "Bakı" ilə qarşılaşacaq. “Anji”də millimizin də şərəfini qoruyan Mahir Şükürovun çıxış etdiyini də vurğulayaq.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu