Ançelotti ən yaxşı məşqçi seçildi

Ançelotti ən yaxşı məşqçi seçildi
DÜNYA FUTBOLU 9 Oktyabr 2020 / 16:02 1800
-  A +

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı məşqçisi məlum olub.

Qol.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, "Everton"un çalışdırıcısı Karlo Ançelotti bu ada layiq görülüb. Onun komandası ötən ay meydana çıxdığı hər üç oyunda qalib gəlib. Mersisayd təmsilçisi "Tottenhem"i 1:0, "Vest Bromviç"i 5:2, "Kristal Pelas"ı 2:1 hesabı ilə məğlub edib.

İtaliyalı mütəxəssis Yurgen Klopp ("Liverpul"), Brendan Rocers ("Lester") və Din Smiti ("Aston Villa") qabaqlayaraq birinci olub.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu