"Mourinyonu avtobusun altına atdılar, Sulşerə də bunu edəcəklər"

"Mourinyonu avtobusun altına atdılar, Sulşerə də bunu edəcəklər"
DÜNYA FUTBOLU 9 Oktyabr 2020 / 12:08 2840
-  A +

“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin komandanın İngiltərə Premyer Liqasının 10-cu turunda “Tottenhem”ə 1:6 hesabı ilə uduzmasını şərh edib.
 
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı keçmiş yarımmüdafiəçi bunları deyib:
 
“Mançester Yunayted”in “Tottenhem”ə qarşı belə oynaması ayıbdır. Hamımız futbolun nə olduğunu bilirik və pis günlər keçirmişik. Amma bəzi futbolçular bu klubun adını ləkələyiblər. Ümumiyyətlə, olanların  Sulşerə də təsir edəcəyini düşünürəm. Nəzərə alaq ki, futbolçular onun sərəncamındadır. Onlar əvvəlki məşqçiləri Joze Mourinyonu avtobusun təkərləri altına atdılar. Bunu Sulşerə qarşı da edəcəklər”.
 
Qeyd edək ki, Roy Kin 1993-2005-ci illərdə “Mançester Yunayted”də çıxış edib.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə