Şevçenkonun köməkçisi oyunçu kimi sifariş olundu

Şevçenkonun köməkçisi oyunçu kimi sifariş olundu
DÜNYA FUTBOLU 7 Oktyabr 2020 / 16:42 3552
-  A +

Ukrayna millisinin məşqçisi Oleksandr Şovkovski Fransa ilə yoldaşlıq görüşü üçün qapıçı kimi oyunun iştirak ərizəsinə daxil edilib.
 
Qol.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, buna səbəb yığmanın qolkiperləri Andrey Lunin və Yuriy Pankivin koronavirusa yoluxmasıdır. Əgər millinin 3-cü qapıçısı Georgi Buşan da virusa yoluxarsa və ya zədələnərsə, 45 yaşlı mütəxəssis qapıçı kimi meydana çıxa bilər.
 
UEFA qaydalarına əsasən, peşəkar müqaviləsi olmayan, lakin təmsil etdiyi ölkənin pasportuna sahib olan şəxs matçın iştirak ərizəsinə daxil edilməsi mümkündür.
 
Qeyd edək ki, 1993-cü ildən Ukrayna yığmasında çıxış edən O.Şovkovski 2016-cı ildə karyerasını başa vurub və komandada baş məşqçi Andrey Şevçenkonun köməkçisi kimi çalışır.
 
Əlavə edək ki, bu gün “Stade de Fransa” arenasında keçiriləcək  Fransa - Ukrayna matçı Bakı vaxtı ilə 23:10-da başlayacaq.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə