“Karyeramı bitirib, kəndə qayıtmağı düşünürdüm” - Kavani

“Karyeramı bitirib, kəndə qayıtmağı düşünürdüm” -  Kavani
DÜNYA FUTBOLU 7 Oktyabr 2020 / 13:02 2795
-  A +

“Mançester Yunayted”in yeni transferi Edinson Kavani koronavirus pandemiyasının dünyaya yayıldığı  dövrdə karyerasını bitirmək istədiyini deyib.
 
Qol.az xəbər verir ki, Argentinada “Dos de Punta” adlı radio proqramında qonaq olan 33 yaşlı hücumçu həmin vaxtlarda çətinlik çəkdiyi üçün belə bir addım atmaq fikrinə düşdüyünü söyləyib:
 
“O günlərdə futbolu tərk etməyi fikirləşirdim. Karyeramı bitirib, kəndə qayıtmağı düşünürdüm. Koronavirusa görə ailəm və həyat yoldaşımla birgə çətin günlər keçirdik. Çox qoxurduq. Amma çətinlikləri geridə qoyduq”.
 
Qeyd edək ki, son klubu PSJ olan uruqvaylı oyunçu "Mançester Yunayted"lə 1+1 illik müqavilə imzalayıb.

 


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə