Zidanın oğlu "Rayo Valekano"da

Zidanın oğlu "Rayo Valekano"da
DÜNYA FUTBOLU 5 Oktyabr 2020 / 17:53 2064
-  A +

“Real”dan ayrılan Luka Zidanın yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, fransalı qolkiper “Rayo Valekano”ya keçib. Klubun rəsmi saytı 22 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, “Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu olan qapıçı ötən mövsüm Madrid klubunun gənclərdən ibarət komandasında 33 oyuna çıxıb və 44 qol buraxıb.

Son xəbərlər