"İnter" Darmianı aldı - Rəsmi

"İnter" Darmianı aldı -  Rəsmi
DÜNYA FUTBOLU 5 Oktyabr 2020 / 14:50 2113
-  A +

“İnter” heyətinə yeni oyunçu cəlb edib.
 
Qol.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. “Parma”dan müdafiəçi Matteo Darmianın icarəyə götürüldüyü bildirilib. 30 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Qeyd edək ki, M.Darmian “İnter”ə ötən il “Mançester Yunayted”dən keçib. O, geridə qalan mövsüm A Seriyasında 33 matça çıxaraq, 1 qol vurub və 1 qolun ötürməsini verib.

Son xəbərlər