Klopp ağır məğlubiyyət haqda - "7 qol buraxanda..."

Klopp ağır məğlubiyyət haqda - "7 qol buraxanda..."
DÜNYA FUTBOLU 5 Oktyabr 2020 / 10:42 4562
-  A +

“Bəli, baş verənlərə inanıram. Olanları gördüm. Əvvəlcə onu deyim ki, “Aston Villa” çox yaxşı oynadı. Rəqib mükəmməl fiziki formada, çox ağıllı və qalib gəlmək əzmində idi. Biz isə yox”.

Qol.az xəbər verir ki, bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 4-cü turunda səfərdə “Aston Villa”ya uduzduqları oyundan (2:7) sonra BBC-yə açıqlamasında deyib.

Almaniyalı mütəxəssis gözlənilməz məğlubiyyəti həddən artıq səhv etmələri ilə əlaqələndirib: “İstifadə etmədiyimiz qol epizodları oldu. Ancaq 7 qol buraxanda “hesab 7:7 ola bilərdi” demək çətindir. Həddindən çox səhv etdik. Hər şey ilk qoldan başladı. Topları itirdikcə rəqibin əks-hücumları başlayırdı. Biz isə düzgün müdafiə oluna bilmirdik”.

Son xəbərlər