"Mançester Yunayted"in futbolçusu “Milan”da - Rəsmi

"Mançester Yunayted"in futbolçusu “Milan”da -  Rəsmi
DÜNYA FUTBOLU 4 Oktyabr 2020 / 21:05 3336
-  A +

“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az xəbər verir ki, "qırmızı-qaralar" “Mançester Yunayted”dən Dioqo Dalotu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı müdafiəçi mövsümün sonuna kimi icarəyə götürülüb. Portuqaliyalı futbolçu yeni komandasında 5 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Dalotun “Mançester Yunayted”lə müqaviləsi 2023-cü ilə qədərdir. O, ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində 11 oyuna çıxıb, 1 qol vurub.


Son xəbərlər
15.05.24  12:50

Tovuzda master-klass