"Fənərbaxça" liderliyə yüksəldi, "Başakşəhər"dən heç-heçə

"Fənərbaxça" liderliyə yüksəldi, "Başakşəhər"dən heç-heçə
DÜNYA FUTBOLU 3 Oktyabr 2020 / 22:15 3647
-  A +

Türkiyə Superliqasında 4-cü turun oyunları davam edir.
 
Qol.az xəbər verir ki, bu gün daha dörd matç keçirilib.
 
“Yeni Malatyaspor” evdə  “Antalyaspor”a 1:0 hesabı ilə qalib gəlib. Son çempion “Başakşəhər” “Göztəpə” ilə, “Ərzurumspor” “Rizəspor”la qolsuz bərabərə qalıb. “Fənərbaxça” isə doğma meydanda “Fatih Karagümrük”u məğlub edib -2:1.

Qeyd edək ki, hazırda "Fənərbaxça" 8 xalla 1-ci, "Fatih Karagümrük" 7 xalla 2-ci, "Alanyaspor" 7 xalla 3-cüdür.

3 oktyabr
 
"Yeni Malatyaspor" – "Antalyaspor" - 1:0
Qol:
Tetteh, 10
 
"Başakşəhər" – "Göztəpə" - 0:0
 
"Ərzurumspor" – "Rizəspor" - 0:0
 
"Fənərbaxça" – "Fatih Karagümrük" - 2:1
Qollar:
Samatta, 24,67 – Sabo, 77-pen
 


Son xəbərlər