Kevin-Prins Boatenq B seriyası klubunda

Kevin-Prins Boatenq B seriyası klubunda
XƏBƏR 28 Sentyabr 2020 / 21:18 2969
-  A +

"Barselona" və "Milan"ın sabiq futbolçusu Kevin-Prins Boatenq karyerasını İtaliya B seriyasında davam etdirəcək.

Qol.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Monza" klubu ilə 1 illik müqavilə imzalayıb. Bu barədə klubun saytı məlumat yayıb. Müqavilənin müddətinin daha 1 il uzadılması imkanının olduğu bildirilib.

Qeyd edək ki, Boatenq ötən mövsümün ikinci yarısını icarə əsasında "Beşiktaş"da keçirib.

Xatırladaq ki, "Monza"nın sahibi "Milan"ın sabiq prezidenti Silvio Berluskonidir.


Son xəbərlər
01.06.26  20:47

Enrike, Arteta...

topaz banner