"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.
Qol.az xəbər verir ki, "qırmızı şeytanlar" 2-ci turda "Brayton"un qonağı olub. Matç "Mançester Yunayted"in 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Sözügedən görüşdə maraqlı hadisə baş verib. Baş hakim Kris Kavana matçın başa çatdığını bildirsə də, sonda VAR-a (Video Köməkçi Hakim) baxmağa qərar verib və meydan sahiblərinin qapısına penalti təyin olunub. Brunu Fernandeş penaltini düzgün yerinə yetirərək komandasına qələbə qazandırıb.
"Brayton" - "Mançester Yunayted" - 2:3
Qollar: Maupay, 40-pen (1:0), Dank, 43-avtoqol (1:1), Reşford, 55 (1:2), Març, 90+5 (2:2), Fernandeş, 90+10-pen (2:3)
Bununla da Mançester təmsilçisi bu mövsüm ölkə çempionatında ilk qələbəsini qazanıb. Komanda hazırda 3 xalla 13-cüdür.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir