"Fənərbaxça" afrikalı hücumçu aldı - Rəsmi

"Fənərbaxça" afrikalı hücumçu aldı -  Rəsmi
DÜNYA FUTBOLU 25 Sentyabr 2020 / 12:23 3255
-  A +

"Fənərbaxça" heyətinə yeni oyunçu cəlb edib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Aston Villa"dan Mbvana Samattanı alıb.

Tanzaniyalı hücumçu ilə 4 illik müqavilə imzalanıb. 27 yaşlı forvard üçün Premyer Liqa klubuna 6 milyon avro ödəniləcəyi bildirilib.

Qeyd edək ki, "Aston Villa"ya bu ilin əvvəlində keçən Samatta 14 oyuna 1 qol vurub.


Son xəbərlər