"Milan"ın futbolçusu koronavirusa yoluxdu

"Milan"ın futbolçusu koronavirusa yoluxdu
DÜNYA FUTBOLU 24 Sentyabr 2020 / 00:25 2667
-  A +

"Milan"ın futbolçusu Leonardo Duarte koronavirusa yoluxub.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi karantinə alınıb. Komandanın digər üzvlərinin testlərinin nəticəsi isə mənfi olub.

Qeyd edək ki, Leonardo Duarte "Milan"a 2019-cu ilin yayında Braziliya "Flamenqo"sundan 10 milyon avroya keçib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner