“Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı “qırmızı-qaralar”dan ayrılıb.
Qol.az klubun saytına istinadən xəbər veir ki, 2008-ci ilin dekabrından bu vəzifəni tutan, müxtəlif illərdə akademiyanın direktoru əvəzi kimi çalışan türkiyəli mütəxəssisin klubdakı 12 illik fəaliyyəti başa çatıb. Mütəxəssis akademiyanın strukturunun qurulması, aşağı yaş qrupları üzrə komandaların formalaşması, məşqçilər korpusunun təşkilində əvəzsiz xidmətlərə malikdir. Seleksiya prosesinə rəhbərlik edən Fıçıcı bu müddətdə futbolçu və məşqçilərin yetişməsində vacib rol oynayıb. Onun “Qəbələ”də çalışdığı vaxtda onlarla futbolçu Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarına cəlb olunub. Bir sıra yerli gənc məşqçi bu müddətdə türkiyəli mütəxəssisin seminarlarından yararlanıb, onun təcrübəsindən faydalanıb. Azərbaycan yığmalarının məşqçiləri sırasında da akademiyanın çalışdırıcıları yer alıb. “Qəbələ” akademiyasının bütün komandaları bu müddətdə iştirak etdiyi yarışlara Fıçıcının rəhbərliyi altında yollanıb. Akademiyanın komandaları daxili arenada bir sıra nailiyyətlər əldə edib. U-19 komanda 5 dəfə ölkə çempionu tituluna yiyələnib. Bu il 4-cü dəfə UEFA Gənclər Liqasının iştirak edəcək komandamız yarışda mərhələ keçən ilk Azərbaycan təmsilçisi olub.
"Qəbələ" İdman Klubu Halim Fıçıcıya futbol akademiyasının inkişafında göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.
Olise də sıradan çıxdı
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər
Rəşad Sadıqov: “Qəribə hadisələr baş verir”
Mərkəzi oyunda qalib müəyyənləşmədi
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
Azərbaycan millisi ərəblərlə qarşılaşacaq
"Real" Kurtua ilə müqaviləni uzatdı - Rəsmi
PSJ-də yeni müqavilələr olacaq
Azərbaycanın güləş millisi Gürcüstanda çempion oldu
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
Yayda "Liverpul"dan ayrılmaq istəyir
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar
Dünən əsgər marşı, bu gün azarkeş nidası…
Premyer Liqanın yeni mövsümünün başlama tarixi açıqlandı
“Mançester Yunayted” 4 azarkeşini cəzalandırdı
MLS-in ən çox qazananları
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov