"Legiya" üçün yaxşı püşk olmadı. Düşünürəm ki, nə "Legiya", nə də "Qarabağ" püşkdən razıdır. Çünki daha zəif komandalarla düşə bilərdilər. Mən də belə bir püşkün olmasını istəməzdim. Bir az ürəyim parçalandı. Bir tərəfdən, bütün həyatım "Legiya" ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanda 2 gözəl il keçirmişəm".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak "Super Express" nəşrinə müsahibəsində Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
Ağdam klubu pley-offda “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.
Hazırda Polşanın "Visla" klubunda çıxış edən Jezniçak "Qarabağ" "Legiya" qarşılaşacağı təqdirdə, şansların bərabər olacağını söyləyib: "Matç əgər Bakıda keçirilsəydi, 70 faiz "Qarabağ"ın şansı olardı, Varşavadadırsa şanslar bərabərdir.Matçın Varşavada keçirilməsi "Legiya" üçün birmənalı olaraq üstünlükdür. Çünki "Qarabağ" avrokuboklarda nadir hallarda evdə uduzur. Çox vaxt isə qalib gəlir".
33 yaşlı oyunçu 2017-2019-cu illərdə çıxış etdiyi "Qarabağ"la hazırkı komandanı müqayisə edib: "Mən oynadığım vaxt Çempionlar Liqasının qrup mərhələsində oynamışdıq. Növbəti mövsümdə isə turnirin pley-off mərhələsində uduzmuşdu.İndi isə 3-cü mərhələdə mübarizəni dayandırdılar."Qarabağ"ın əsas kapitanı (Rəşad Sadıqovu nəzərdə tutur - red) karyerasını başa vurub. Birlikdə oynadığım legionerlərin çoxu isə komandanı tərk ediblər. Bu mənada əvvəlki komanda daha güclü idi".
Polşalı müdafiəçi "Qarabağ"da əsas hansı futbolçulara diqqət yetirmək lazım olduğu ilə bağlı sualı belə cavab verib: "Birinci sırada heç şübhəsiz, Polşa çempionatından da tanıdığımız Donald Geryedir. 1 il öncə "Legiya"dan təklif almışdı, amma qəbul etmədi. Bilirik ki, qol vurmağı bacarır. Bunu "Şerif"lə oyunda da gördük. Həmçinin fransalı yarımmüdafiəçi Abdullah Zubir də təhlükəlidir. Yadımdadır, "Arsenal"la Çempionlar Liqasının oyununda Ştefan Lixtştayneri o qədər aldatmışdı ki, başı fırlanırdı. Gənc hücumçu Mahir Emrelini də qeyd etməliyəm. Cəmi 23 yaşı var, artıq 2 dəfə çempionatın bombardiri olub".
Azərbaycan çempionunun qapıçısı Şahruddin Məhəmmədəliyev barədə də danışan futbolçu qolkiperin boyunun qısa olduğunu deyib: "Qapı xəttində inamlı təsir bağışlayır. "Molde" ilə matçda penaltini qaytardı. Amma boyu elə də uca deyil. "Legiya" bu amilə xüsusi diqqət yetirməli və maksimum yararlanmalıdır".
Jeçnizak bildirib ki, "Legiya" "Qarabağ"a rəqib olsa, kimin favorit olduğunu söyləmək çətin olacaq: "Kimin favorit olduğunu demək çətindir. Hər şey həmin gün hansı komandanın formada olacağından asılıdır. Mənim üçün oyun gününə qədər şanslar bərabərdir. Təəssüf ki, bu duel qrup mərhələsində keçirilməyəcək. O zaman matçı daha rahat izləyərdim".
Qeyd edək ki, Jezniçak 2004-2017-ci illərdə "Legiya"da, 2017-2019-cu illərdə "Qarabağ"da oynayıb.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?
41 yaşlı Oçoa da mundiala gedir - Meksikanın heyəti
Çexlər DÇ-2026-ya bu heyətlə gedir