“Penaltilər seriyası gərgin keçdi. Hər iki komanda zərbələri dəqiq yerinə yetirəndə vəziyyət daha da gərginləşir, təzyiq artırdı".
Qol.az xəbər verir ki, bu sözləri “Molde”nin veteran futbolçusu Rekdal Hyetil ölkəsinin Vg.no saytına açıqlamasında sabiq komandasının UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ı adlayaraq pley-offa yüksəldiyi oyun barədə danışarkən deyib.
52 yaşlı keçmiş yarımmüdafiəçi Azərbaycan çempionuna qalib gəlməyin "Molde" və Norveç futbolu üçün çox vacib olduğunu söyləyib:
"Mən əmin idim ki, Kristoffer Haugen komandamız üçün sonuncu penaltini dəqiq vuracaq. Çünki o, soyuqqanlı və özünə güvənən futbolçudur. Bu qələbə koronavirus pandemiyası dövründə maliyyə baxımından da xüsusilə vacib idi. İndi isə "Molde" UEFA-dan müəyyən məbləğdə gəlir əldə edəcək. Ona görə də bu qalibiyyət həm "Molde", həm də Norveç futbolu üçün çox dəyərlidir. Komanda Çempionlar Liqasının qrupuna düşsə, daha möhtəşəm olacaq".
Qeyd edək ki, ”Qarabağ” – “Molde” matçının əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Norveç təmsilçisi penaltilər seriyasında Ağdam klubundan üstün olaraq, növbəti mərhələyə vəsiqəni təmin edib- 5:6.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?