"Asan oyun olmadı. Çoxsaylı imkanımız olsa da, yararlana bilmədik".
Bu fikirləri "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında 5:6 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
29 yaşlı müdafiəçi bildirib ki, matçın keçirildiyi Kiprin Larnaka şəhərində havanın isti olması komandaya çətinlik yaradıb: "Belə havada oynamaq çox ağır idi. İki hissə ərzində yaxşı mübarizə apardıq. Təəssüf ki, penaltilərlə məğlub olduq. Bu, lotereya kimi bir şeydir. Bilmirsən ki, penaltilər seriyasında uğur kimin üzünə güləcək".
Təcrübəli oyunçu bu məğlubiyyəti mümkün qədər tez unutmalı olduqlarını vurğulayıb: "Avropa Liqasının qrup mərhələsinə düşmə şansımız var. Sabah bizi püşkatma gözləyir, növbəti rəqibimiz müəyyənləşəcək. Ümidvaram ki, pley-off mərhələsində bundan da yaxşı çıxış edəcəyik".
Hüseynov penalti zərbəsini dəqiq yerinə yetirə bilməməsi barədə də danışıb: "Baş məşqçimiz penaltiini vurmağı mənə tapşırdı. Mən ştatlı penalti vuran deyiləm, karyeramda ilk dəfə yerinə yetirirdim. Təəssüf ki, vura bilmədim".
Qeyd edək ki, "Qarabağ" 6-cı penaltini Bədavi Hüseynovun dəqiq yerinə yetirə bilməməsi nəticəsində Çempionlar Liqası ilə vidalaşıb (Report).
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi