“Uzun illər sonra yenidən Bakıda olduğum üçün çox xoşbəxtəm”.
Qol.az xəbər verir ki, bunu “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyun barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis qarşılaşmanın oynanılacağı Bakı Olimpiya Stadionunda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Superliqada "Başakşəhər" və "Fənərbaxça" ilə oyununuz var. Sabah heyətdə rotasiya edəcəksinizmi?
- "Qalatasaray" avrokuboklara öyrəşən komandadır. İstənilən şərtlərdə sona qədər mübarizə aparmaq istəyir. Püşkatma zamanı Azərbaycan bizə yad olmadığı üçün çox sevindim. Azərbaycan hər zaman sevgisindən şübhə etmədiyimiz, çox sevdiyimiz və gözəl qonaq olduğumuz bir yerdir. Bizim üçün "Neftçi" ilə oyun önəmlidir. Buna sabah qərar verəcəyəm. Hələ bəzi oyunçuların durumu bəlli deyil. Gərgin qrafikə bütün oyunçularımız hazır olmaldır. Bir və iki nömrələrin rəqabətini təmin etmək istəyirəm. Meydana çıxan üzərinə düşən vəzifənin öhdəsindən gəlməlidir.
- Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın "Molde" ilə oyununu izləyəcəksiniz?
- Bəli, "Qarabağ"ın oyununu izləyəcəyəm. İnşallah, qazanarlar. "Qarabağ"ın "Neftçi" ilə yaxşı anlaşmadığını da bilirəm.
- "Qaziantep"lə oyunda bir oyunda 3 dəyişiklik etdiniz. Bu, "Neftçi" ilə matçla əlaqəli idi?
- Xeyr. Hesabda 3:0 önə keçdiyimiz üçün bu addımı atdım. Bəzi oyunçularımı riskə atmaq istəmədim. Həm də meydana daxil olan oyunçuları da görmək istəyirdim. Arda, Babel və Fequlinin oyun praktikası ilə bağlı problemi var idi. Bu üzdən sıxıntı yaranmasının qarşısını almağı düşündüm.
- Meydanda qardaş olmur. Sabahkı görüdə hansı nəticəni gözləyirsiniz? "Neftçi"nin hansı oyununu izləmisiniz?
- Aeroportda, oteldə, burada əla atmosfer var. Öz evimizdəki kimiyik. "Neftçi" də yaxşı komandadır, iki oyununu izlədim. "Şkupi" və "Sumqayıt"la görüşlərinə baxmışam. Hər kəs qələbə qazanmaq istəyir. Meydan fərqli, ondan kənar fərqlidir. "Neftçi" "Qarabağ"la birlikdə Azərbaycanın ən önəmli iki komandasından biridir. Son matçda 0:2 hesabı ilə məğlub oldular. Qəribədir ki, bu mövsüm hələ səfərdə oynamayıblar. Önəmli futbolçuları var. Emin Mahmudov, Yusuf Laval, Stiven Monroz və Talissonun adını deyə bilərəm.
- Azarkeşlərlə görüş olmayacaq. Pandemiyadan sonra yoldaşlıq görüşü təşkil edib, azarkeşlərlə görüşmək mümkündürmü?
- "Qalatasaray" Azərbaycanda bir başqa cür sevilir. Anormal münasibət görürəm. Azərbaycanda yoxlama görüşü keçirmək sözü verə bilərəm. Yetər ki, pandemiya bitsin. Bir deyil, bir neçə oyun üçün və ya təlim-məşq toplanışı üçün gələ bilərik. Söz vermiş olum. İnşallah, burada birlikdə bir neçə gözəl gün keçirərik. Sosial məsafəni də isti məsafəyə döndürərik. Bunu bir kənara yazdıq.
- Rəqibin baş məşqçisi "Qalatasaray"ı keçəcəklərini deyib. Buna münasibətiniz necədir?
- İddialı adamdan xoşum gəlir. Bravo ona. Deməyəcək ki, bizi udacaqlar.
- Azərbaycanlı futbolçunun "Qalatasaray"da olması üçün nə lazımdır?
- "Qalatasaray"da oynamaq istəyi və yeganə seçim yeri. Eyni zamanda "Qalatasaray" da bəyənirsə, məsələ yoxdur. Kaş belə ola. Bizim skautlarımı bu ölkəni də təqib edir.
- Yaxşı qapıçı komandanın yarısıdır. Musleranın zədəli olması sizdə narahatlıq yaratmır?
- Musleranın ayağının qırılması bizim də qırıldığımız an kimi görünür. O ana dönmək istəmirəm. Muslera bizim üçün bir qapıçıdan daha artıqdır. Qapımızda olması da əlavə inam yaradır. Allah betərindən saxlasın. Tezliklə yaşıl meydanlara dönməyə çalışır. Amma digər qapıçılarımıza da güvənirik. Musleranın karyerasını bizim komandada bitirəcəyini də düşünürəm. Bu qədər xidmət edib və etməkdə də davam edəcək.
- Bir il sonra Türkiyə millisi burada AVRO-2020 oyunlarına çıxacaq. Arena barədə düşüncələriniz nələrdir?
- Türkiyə yığması iki oyununu burada keçirəcək. İnşallah, azarkeşlərlə olar. Azarkeşsiz olarsa, yığmamızın şanssızlığı olar. Burada iki oyun keçirmişəm. 40-50 min azarkeş gəlmişdi. Türkiyə yığmasının Azərbaycanda oynaması böyük üstünlükdür. Bura öz məmlətəkimizdir. Çox gözəl arenadır.
- Oyunun azarkeşsiz olması hansı komandaya üstülük verər?
- Bizə üstünlük olmadığı dəqiqdir. Azarkeşsiz oynamağın ləzzəti də yoxdur. Böyük komandaların böyük olmasının əsas səbəbi azarkeşləridir. Azarkeşsiz hər bir komanda bərabərləşir, bir fərqləri qalmır (apasport.az).
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi