“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 2-ci turunda “Qarabağ”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.Qol.az xəbər verir ki, o, qolsuz bərabərliklə başa çatan görüşün maraqlı alındığını bildirib.
- "Qarabağ" Azərbaycanın ən yaxşı komandalarından biridir. Məqsədimiz qələbə qazanmaq idi. Hesabdan və oyundan narazı qalmadım. Komandamız hər oyunda belə döyüşkən olsa, daha yaxşı nəticələr əldə edə bilərik, yaxşı yerlər uğrunda mübarizə aparacağıq.
- "Laçi" ilə oyundakı "Keşlə" başqa idi, indi başqa. Komandada nə dəyişdi?
- Avroliqada mübarizə bir oyundan ibarət idi. "Laçi" ilə oyunda da komandamız pis təsir bağışlamadı. Düzdür, elə də çox qol imkanımız olmamışdı. Amma dirəyə dəyən toplar var idi, 100 faizlik qol epizodlarımız oldu. Uşaqlara demişəm ki, hər oyuna final matçı kimi çıxın. Bu gün də özlərini yaxşı tərəfdən göstərdilər. Getdikcə daha da yaxşı olacağıq.
- Aleksandr Kristovao kimin əlindən qaçıb getdi?
- Heç kimin əlindən qaçmayıb. Bu mövsüm iki oyunumuzda əsas heyətdə oynayıb. Bizdən xəbərsiz gedib, səbəbini dəqiq bilmirəm. Bəlkə də, ailəsini görməyə gedib, amma yenə də icazə almalıdır. Özbaşına bilet alıb, testdən keçib və ölkəni tərk edib. Futbolçu gedəndə məşqçidən icazə almalıdır. Məndən icazə almayıb gedibsə, deməli, bu komandaya layiq deyil. Qayıdıb üzr istəsə də, yenə də bağışlanmayacaq.
- Niyə çempion olmaq deyil də, yaxşı yerlərdən birini tutmaq istəyirsiz?
- Eyni şeydir, mən komandama da deyirəm ki, niyə çempionluğa oynamayaq? Bütün oyunlara yüksək motivasiya ilə çıxsaq, döyüşsək, niyə də olmasın?
- Oyundan əvvəl komandaya hansı sözləri dediniz?
- O, mənə aid olan sözlərdir. Buna görə də bunu burda açıqlamayacam.
- Düşünmürsüz ki, bu mövsüm çempionluğa oynamaq üçün ən yaxşı imkan var?
- Hələ iki tur keçib. Bu dəqiqə kimisə sona salıb, kimisə də çempion etmək düzgün deyil.
- Ehtiyat oyunçular skamyanızda yaşlı futbolçular var. Onları sizin köməkçiləriniz kimi düşünmək olar?
- Mən də 35 yaşımda futbolçu karyeramı bitirmişəm. Təcrübəli futbolçular hər zaman məşqçiyə dayaqdır, eləcə də gənc futbolçulara.
İnyesta Mərakeş millisinə rəhbərlik edəcək?
İki Premyer Liqa klubunun hədəfinə düşdü
"Ayaks"ın yeni hücumçusu matçın 2-ci dəqiqəsində zədələndi
"Atletiko"dan gözlənilməz məğlubiyyət
Ramon Maçadonun qolu, "Araz-Naxçıvan"ın qələbəsi - Video
Baş məşqçidən sonra idman direktoru da klubdan ayrıldı
"Avrokuboklar uğrunda mübarizə aparacağıq" - Saşa İliç
Yığma Millətlər Liqası matçına azarkeşlərsiz çıxacaq
"Araz-Naxçıvan" "Sumqayıt"a, "Neftçi" "Kəpəz"ə qalib gəldi
Hakim kobud səhvə yol verdi, komitə sədri üzr istədi
Şahruddindən Nərimana: “Tez ol, get!” - Video
"Neftçi"nin 3 qollu qələbəsi - Video
Noyer sıradan çıxdı
"Qarabağ"a dəstək olmaq qərarına gəldik" - Yuri Vernidub
İngiltərə klubu yeni baş məşqçisi ilə anlaşdı
"Araz-Naxçıvan" - "Sumqayıt": Heyətlər
Endrik Fransa Liqasında hamını qabaqladı
Keyn Top-5-də liderdir
"Kəpəz" - "Neftçi" : Heyətlər açıqlandı
Tedesko "Fənərbaxça"nın 61 illik rekordunu təkrarladı
"Bu cür meydanda oynamaq çox çətindir" - Bəhlul Mustafazadə
Spaletti və Kyellinidən sərt etiraz - Video
Osimhen Almaniya nəhənginin hədəfində
"Real" bu göstəricidə "Barselona"nı geridə qoydu
“Qarabağ”la hər iki oyunu buraxacağını təsdiqlədi
“Real”dan 4 qollu qələbə - Video
“İnter” “Yuventus”u məğlub etdi
“Kayzerslautern”in qələbə həsrəti bitdi
“Latsio” öz meydanında “Atalanta”ya uduzdu - Video
Cəlal ehtiyatda qaldı, sabiq “Neftçi”li qol vurdu
“Bavariya” “Verder”ə şans tanımadı - Video
Ronaldo qayıdışını qolla qeyd etdi
“Trabzonspor” - “Fənərbaxça” matçında 5 qol - Video
“Nyukasl” “Qarabağ”la oyundan öncə qələbə qazandı
Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq
Premyer Liqa klubu aşağı liqa təmsilçisinə uduzdu
Azarkeşlərin "vəfasızlığından" şikayətləndi
Ramos doğma klubunu alır?
Superliqa klubu baş məşqçisi ilə sağollaşdı
Ronaldo yenidən yaşıl meydanlarda
Millimizin üzvü oynadı, komandası heç-heçə etdi