"Bakı" transfer pəncərəsinin bağlanmasına bir gün qalmış heyətini daha bir futbolçu ilə gücləndirib. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, “zolaqlılar” Azərbaycan milli komandasının üzvü Vaqif Cavadovu sıralarına qatıb.
Futbolçu ilə müqavilə bu gün klubun bazasında imzalanıb. "Bakı" tərəfindən müqaviləni vitse-prezident səlahiyyətlərini icra edən Zeynal Məmmədov imzalayıb. Tərəflər arasında imzalanan sənədə əsasən, Vaqif Cavadov 1 ilərzində "Bakı"da icarə əsasında oynayacaq. Futbolçunun məxsus olduğu Hollandiyanın "Tvente" klubundan müqavilənin qüvvəyə mindiyini təsdiq edən bütün sənədlər artıq "Bakı"nın ünvanına daxil olub.
Vaqifin artıq Premyer Liqada geyinəcəyi forma nömrəsi də müəyyənləşib. Gənc hücumçu 9 nömrəli futbolkanı geyinəcək. Milli komandamızın Almaniya keçirdiyi təlim-məşq toplanışına yola düşən Vaqif sentyabr ayının 10-da Bakıya dönəcək. O, "Bakı"nın heyətində "Gəncə" ilə Premyer Liqa oyununda debüt edə bilər. Hər halda onun həmin gün meydana çıxması üçün heç bir hüquqi məhdudiyyət yoxdur.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu