Ronaldo millidə 100 qol vuran 2-ci futbolçu oldu

Ronaldo millidə 100 qol vuran 2-ci futbolçu oldu
DÜNYA FUTBOLU 9 Sentyabr 2020 / 10:33 3843
-  A +

UEFA Millətlər Liqasının 2-ci turunda İsveçlə keçirilən görüş (2:0) Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, oyunda dubl edən 35 yaşlı hücumçu milli komandada qol sayını 101-ə çatdırıb.

Bununla da "Yuventus"un üzvü millidə 100 qol həddinə çatan ikinci futbolçu olub. Buna qədər İran millisinin sabiq hücumçusu Əli Daei yığmada 100-dən artıq qol vurmağı bacarıb. Azərbaycan əsilli keçmiş futbolçu 109 qolla milli komandalar arasında futbol tarixinin ən yaxşı bombardiridir.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır