Komandadan ayrılacağı gözlənilən "Barselona"nın kapitanı Lionel Messi Kataloniya klubunda qala bilər.
Qol.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Argentinalı hücumçunun komandanı tərk etmək fikrindən daşındığı və daha bir il "Barselona"da qalmaq qərarına gəldiyi bildirilir.
Qeyd olunub ki, 33 yaşlı futbolçunun qərarının dəyişməsinin səbəbi "Barselona"nın sərt mövqe ortaya qoymasıdır. Klub prezidenti Xosep Bartomeu Messinin atası Xorxe Messi ilə görüşündə oğlunun müqaviləsinin olduğunu və onu buraxmaq niyyətində olmadıqlarını qəti şəkildə bildirib.
İndiki halda isə Messi klubdan ayrılmaq üçün yalnız məhkəməyə müraciət edə bilər. Lakin futbolçunun bu seçimdən istifadə edəcəyi gözlənilmir.
"Marca" yazır ki, Messi qalmaqallı şəkildə "Barselona"dan ayrılan komanda yoldaşı Neymarın addımını təkrarlamaq istəmir.
Ötən gün isə Messinin atası və meneceri olan Xorxe Messi oğlunun komandada qala biləcəyini açıqlayıb.
Xatırladaq ki, "Barselona"nın yetirməsi olan Messinin "Mançester Siti"yə keçəcəyi haqda xəbərlər yayılıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq